“Obama ilə Ərdoğan suda batarsa, birinci hansını xilas edərsiniz?” - Putinin cavabı

“Obama ilə Ərdoğan suda batarsa, birinci hansını xilas edərsiniz?” - Putinin cavabı
Türkiyə bizim dostumuzdur.
 
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hazırda canlı yayımda sualları cavablandırarkən deyib. 
 
Onun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında yaxın dostluq münasibətləri mövcuddur:
 
"Mənim problemim Türkiyə ilə deyil, özünü qeyri-adekvat aparan bəzi siyasətçilərlədir". 
 
Rusiya Prezidenti Vladimir Putin canlı yayımda "Obama ilə Ərdoğan suda batarsa, birinci hansını xilas edərsiniz?” sualına da cavab verib.
 
Prezident bu sualı cavablandırmaqda çətinlik çəkdiyini etiraf edib:
 
"Bu sualı verməklə məni pis vəziyyətdə qoydunuz. Əgər kimsə artıq batırsa, onu xilas etmək lazım deyil, zənnimcə. Amma yenə də kömək üçün müraciət edəni xilas edərdim deyə düşünürəm”.
 
Qeyd edək ki, aparıcı sözügedən sualı 20 yaşlı gənc qızın yolladığını vurğulayıb.

 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az