Obamayla Ərdoğanın görüşündə iştirak edən azərbaycanlı qadın kimdir?

Obamayla Ərdoğanın görüşündə iştirak edən azərbaycanlı qadın kimdir?
ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda nüvə sammiti çərçivəsində keçirilən qısa görüşündə Olcay Radjed adlı azərbaycanlı xanım da iştirak edib.

Miq.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Facebook sosial şəbəkəsinin istifadəçiləri məlumat yayıblar. Onların yazdığına görə, həmin xanım Obamanın tərcüməçisidir.

"Obamanın tərcüməçisi Olcay xanım Azərbaycan əsillidir. O, 20 gün ərzində həm də bizim tərcüməçimiz olub", -deyə ABŞ-da keçirilən International Visitor Leadership Programı (IVLP) üzrə tədbirdə iştirak etmiş jurnalist Vüsal Gözəlov sosial şəbəkədə qeyd edib.   
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az