“Oktyabrın əvvəlində bildim ki...” – Arutyunyandan şok Qarabağ iddiası

“Oktyabrın əvvəlində bildim ki...” – Arutyunyandan şok Qarabağ iddiası

"Müharibənin nəticələri mənə oktyabr ayının əvvəlində aydın oldu, amma Ermənistandakı siyasi qüvvələr hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı fikir birliyinə gələ bilmədilər”.

Miq.Az xəbər verir ki, bunu Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan deyib.

Onun sözlərinə görə, o günlərdə Ermənistandakı bir çox siyasi qüvvə müharibənin dayandırılmasını xəyanət kimi qəbul ediblər.

Məğlubiyyətin əsas səbəblərindən danışan Arutyunyan qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi 1994-cü ildə atəşkəs sazişinin imzalanmasından bəri dünya təcrübəsindən faydalana bilməyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az