İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Sulutəpə qəsəbəsindəki qanunsuz tikililərin sökülməsi zamanı zorakılığa məruz qalan və hazırda Bakı şəhəri Kliniki-Tibbi mərkəzində yerləşdirilmiş “Ayna”-“Zerkalo” qəzetlərinin əməkdaşı İdrak Abbasovla görüşüb. “Vətəninfo.az”ın məlumatına görə, jurnalist hazırda həmin mərkəzin neyro-cərrahiyyə şöbəsində müalicə olunur. Mərkəzin baş həkiminin cərrahiyyə işləri üzrə müavini xəstəyə zəruri tibbi yardım göstərildiyini, müalicənin davam etdirildiyini və səhhətinin yaxşılaşdığını Ombudsmana bildirib.
Müvəkkil söhbət zamanı İ.Abbasova bu xoşagəlməz hadisənin xarici ölkədə beynəlxalq konfransda iştirak etdiyi zaman baş verdiyini, bununla bağlı təəssüf hissi keçirdiyini, qayıtdıqdan sonra onun vəziyyətini və səhhətini diqqətdə saxladığını, ilkin araşdırmalar apardığını bildirib, səhhətinin hazırki durumu ilə maraqlanıb. Jurnalist həmin hadisə barədə məlumat verib, çəkiliş apardığı zaman ARDNŞ-in əməkdaşları tərəfindən, əynində jurnalist gödəkcəsi olmasına baxmayaraq, döyüldüyünü, təhqir edildiyini, polis əməkdaşlarının isə hadisə zamanı heç bir zorakılığa yol vermədiyini, əksinə bu insidentin qarşısını almağa çalışdıqlarını söyləqib. Jurnalist eyni zamanda onun mobil telefonuna gizli nömrədən hədələyici zənglər edildiyini nəzərə alaraq, ailəsinin təhlükəsizliyinin təmin olunmasını və müvafiq tədbirlər görülməsini istəyib. Müvəkkil bildirib ki, Sulutəpədə baş vermiş hadisə diqqət mərkəzindədir və hazırda araşdırmalar davam etdirilir.
Əli
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...