Çeçenistanın dövlət başçısı Cənubi Saxalin əyalət məhkəməsinin hakimi Nataliya Perçenkonun qərarına sərt reaksiya verib.
Vətəninfo.az Avropa.info-ya istinadla
xəbər verir ki, hakim "Allaha dua: Onun İslamdakı yeri” kitabını
"ekstremist” kitab elan edib. Kadırov etirazını "İnstagram” səhifəsində
yazıb:
"Cənubi Saxalin məhkəməsinin hakimi Natalya Perçenko
prokuror Bilobrovsun şikayəti üzrə "Allaha dua: onun İslamdakı yeri”
kitabının "ekstremist material” olması haqda qərar çıxarıb. Səbəb kimi
isə "Fatihə” və Qurandakı digər surələr göstərilir. Məhkəməyə və hakimə
xatırlatmaq istərdim ki, dünyadakı milyard yarım müsəlman namazlarını
"Fatihə” ilə başlayırlar. Onlar bu surəni namaz vaxtı sutka on
milyardlarla dəfə oxuyurlar. İndi hakim onları ekstremist sayır?"
Kadırov
özü və dostlarının Rusiyanın ərazi bütövlüyü uğrunda, terrorizm və
ekstremizmlə mübarizə apardığını deyib. O, Çar vaxtında belə çeçenlərin
Qurana and içərək Rusiyanın düşmənlərinə qarşı sədaqətlə vuruşduğunu
deyib.
Kadırov deyib ki, növbəti addımı bu qərarın özünüz
ekstremizm kimi tanınmasına nail olmaq olacaq. Bu qərarın qanunsuz
sayılması ilə bağlı onun göstərişi ilə apelyasiya şikayəti hazırlanıb.
Kadırov:
"Qərarın müəlliflərin bu addımın Rusiya və xaricdə yaşayan milyonlarla
müsəlmanı qıcıqlandırmayacağını bilməyə bilməzdilər. Bu təxribat
Rusiyanın təcrid olunmasına və milyonluq etiraz aksiyalarına gətirib
çıxaracaq. Mən tələb edirən ki, ölkədəki vəziyyəti partlayış həddinə
çatdırmaq istəyən məhkəmə qərarını qəbul edən təxribatçılar sərt şəkildə
cəzalandırılsın. Qərarı çıxaran şəxslər milli satqın və şeytanlardır.
Bu mənim qəti fikrimdir!”
