"Onlara güvənmə"
İranın ali dini lideri Xamneyi bəzi ölkələrə güvənməməsi barəsində ölkə prezidenti Həsən Ruhaniyə xəbərdarlıq edib.
Vətəninfo.az Avropa.info-ya istinadla
xəbər verir ki, İranın ali dini lideri Əli Xamneyi BMT Təhlükəsizlik
Şurasının 5 daimi üzvü və Almaniyadan ibarət olan 5 + 1 ölkələri
(Rusiya, Çin, ABŞ, İngiltərə, Fransa) ilə ötən gün imzalanan tarixə
razılaşmadan sonra ilk dəfə danışıb.
Çətin
müzakirə müddəti ərzində qırmızı cizgiləri müəyyən edən və hər dəfə
razılıq əldə edilsə də ABŞ ilə mübarizədən imtina etməyəcəklərini
söyləyən Xamneyi prezident Həsən Ruhaniyə məktub yazaraq razılaşmanın
həyata keçirilməsi barəsində ona bəzi ölkələrə güvənməməsi haqda
xəbərdarlıq edib.
Ruhani və ölkədə qəhrəman
kimi qarşılanan xarici işlər naziri Məhəmməd Cavad Zərif başda olmaqla
müzakirələrdə iştirak edən şəxsləri təbrik edən Xamneyi razılıq əldə edilməsini dönüş nöqtəsi olaraq xarakterizə edib.