Oqtay Əsədovla Zahid Oruc arasında mübahisə — Milli Məclisdə

Oqtay Əsədovla Zahid Oruc arasında mübahisə — Milli Məclisdə
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunan zaman spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə yaranıb

"Ölkə.Az”-ın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov çıxış etmək üçün deputat Zahid Oruca 10 dəqiqəlik vaxt verib. 

Bu zaman Z.Oruc 10 dəqiqənin az olmasından şikayətlənib:

"5 dəqiqə ilə insan ömrü azalan deyil. Xahiş edirəm ki, imkan verin, fikirlərimi tam ifadə edə bilim”.

Spiker Oqtay Əsədov isə Zahid Oruca iradını bildirib:

"Ay Zahid yenə camaata ağıl öyrətmə, 10 dəqiqə çıxış et, bəsindir!”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az