Ordumuz atəşə tutuldu, AB missiyası sərhədə gəldi

Ordumuz atəşə tutuldu, AB missiyası sərhədə gəldi
Ötən gün Azərbaycan Ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 3 dəfə atəşə tutulmasından sonra AB-nin bu ölkədəki missiyası sərhədə patrul göndərib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

"Vəziyyət sakit və sabit olaraq qalır, qeyri-adi fəaliyyət müşahidə olunmur”, - AB missiyasının vəziyyətlə bağlı bəyanatında deyilir.

Qeyd edək ki, martın 16-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd zonasının cənub-şərq hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə üç dəfə məlumat yayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az