Vətəninfo.az xəbər verir ki, son günlər Səfərbərlik Xidmətində baş verən qanunsuzluqlar haqqında müxtəlif səpkili məlumatlar mətbuatımızda yer almaqdadır. Xüsusi ilə də SHXÇDX-nin rəisi general-leytinat Arzu Rəhimovun kadr siyasəti daha çox tənqid edilməkdədir.
Elə redaksiyamıza gələn SHXÇDX-nin Tovuz şöbəsinin sabiq rəisi, polkovnik-leytenant Fəttahov Ağa Xanağa oğlu da məhz Arzu Rəhimovun qeyri-peşəkar idarəçilik sistemini ifşa etdi. Qeyd edək ki, bir çöxları bu məlumatlar yayılan zaman hesab edirdilər ki, mətbuat kimlərinsə sifarişin yerinə yetirərək Arzu Rəhimovu qaralamaqdadır.
Amma polkovnik-leytenant Ağa Fəttahovun açıqladığı müəyyən faktlar göstərir ki, Arzu Rəhimov general olmasına baxmayaraq SHXÇDX-i sahəsindən kənar bir adamdır.
Polkovnik-leytenant Ağa Fəttahovun səsələndirdiyi ittihamları diqqətinizə çatdırmadan öncə onun haqqında qıssa bir arayşı vermək istəyirik.
Kimdi Ağa Fəttahov?
- Fəttahov Ağaverdi (Ağa) Xanağa oğlu 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Ali Hərbi Məktəbə daxil olan Fəttahov ilk hərbi xidmətini Ukraynada başlayıb, bunun ardınca Əfqanıstana gındərilən zabit 1985-87-ci illlərdə burda hərbi əməliyyatlarda iştirak edib və çox az sayda şəxslərdən olub ki, sağ olaraq Qırmızı Ulduz nişanına təltif görülüb. Əfqanıstan müharibəsindən sonra keçmiş Sovetlər Birliyinin ərazisində xidmətini davam etdirən Fəttahov 1990-cı ilin 20 yanvar hadisələrində sovet ordusunun Bakıda törətdiyi qətliama etiraz olaraq nümayişkəranə şəkildə paqonlarını qoparıb yerə atıb. Vətənpərvər zabit I Qarabağ savaşının ilk günlərindən Milli Ordu sıralarına qoşulub və peşəkar zabit kimi şərəfli döyüş yolu keçib. Savaşda göstərdiyi qəhrəmanlığa görə 1992-ci ilin mart ayında vaxtından əvvəl mayor rütbəsinə layiq görülüb. 1994-cü il oktyabr, 1995-ci ilin mart ayında dövlət çevrilişinə cəhtin qarşısını alınmasında xüsusi xidmət həyata keçirən “N” saylı hərbi hissənin tərkibində olub. Ulu Öndərimiz Heydər Əliyev dövlət çevrilişinin qarşısını alınmasında qəhramanlıq göstərən “N” saylı hərbi hissəyə təşəkkür elan edən zaman təşəkkür edilənlər içərisində Ağa Fəttahovda olub.
Beləliklə SHXÇDX-nin sabiq idarə rəisi, polkovnik-leytenant Ağa Fəttahovun redaksiyamıza açıqladığı ilginc faktları diqqətinizə çatdıraq. Ağa Fəttahov qeyd etdi ki,.
1995-ci ildə ailə vəziyyəti ilə əlaqədar ordu sıralarından tərxis olunması üçün Müdafiə Nazirliyinə müraciət edib,amma mayor Fəttahovun peşəkarlığı və xidməti nəzərə alınaraq o, hərbi komissarlıq sisteminə keçirilib və Şuşa və Xocalı rayonlarının hərbi komissarı təyin olunub. Daha sonra 2006-cı ildə Lerik , 2008-ci ildə Tovuz rayonunun hərbi komissarı kimi çalışıb. 2012-ci ildə ölkə prezidentinin fərmanı ilə 13 fevralda Müdafiə Nazirliyinin nəznindəki Hərbi Komisarlıqlar ləğv edilərək, onun bazasında SHXÇDX-ti yaradılıb. Polkovnik-leytinat Fəttahov qeyd edir ki, yeni yaranan bu xidmətin formalaşmasında bir təcürbəli komisar kimi bütün imkanlarından istifadə edib. 2012-ci ilin avqustunda yaşa görə təqaüdə göndərilir. Hazırda istefada olan polkovnik-leytenant A.Fəttahovun açıqladığı faktları da elə onun təqaüdə göndərilməsindən SHXÇDX-də məlum 3 avqust müşavirəsi Ilə bağlı məqamlardan başlayaq.
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilən Arzu Rəhimov üç gün sonra onu xidmət əməkdaşlarına təqdim edirlər. Həmin təqdimetmə iclasında Arzu Rəhimov çıxış edir və bildirir ki, bu gün SHXÇDX-də çalışanların hüququ vardır ki, onlar Müdafiə Nazirliyinin sərəncamına keçsinlər. “Ancaq mən istərdim ki, sizlər qalasınız və mənimlə birlikdə bu qurumu şəffav bir təşkilata çevirəsiniz”.
Ağa Fəttahov bildirdi ki, hərbi komisar Əliağa Hüseynov təqaüdə getdikdən sonra Respublika Hərbi Komisarlıq ləğv edilib onun bazasında SHXÇDX yaranan günə kimi komisarlıq sistemi 2 il ərzində tamamilə bilərəkdən çökdürüldü və sahəsinin peşakarı olan bir çox zabitlər qeyri-qanuni olaraq işlərindən uzaqlaşdırıldılar.Bu işdə də birbaşa sabiq Müdafiə naziri Səfər Əbiyev və onun qohumu, komisarlıq sisteminə qeyri-qanuni nəzarət edən Aslan Aslanovun payı az deyil.
“Qeyd edilən təqdimetmə iclasının ardından mart ayında Arzu Rəhimov bölgələrdəki xidmətlərin şəxsi heyyəti ilə tanşlıq məqsədi ilə rayonlara səfər etdi. Tovuz rayonuna mənim rəhbərlik etdiyim şöbəyə də gəldi. Görülən işlər, şöbənin səliqə-səhmanı,əməkdaşlıarın işə olan münasibəti ilə bağlı ona məlumat verikdə, Arzu Rəhimov görülən işləri müsbət dəyərləndirdi və bundan sonra da belə müsbət xidmətin davam etməsini arzuladığını bildirdi. Mənə bildirdi ki, sizin haqqınzda eşitmişəm və təklif edirəm ki, Müdafiə Nazirliyinə keçməyib polkovnik rütbəsini verərək xidmətdə qalıb onunla birlikdə işləməyim. Mən də Arzu Rəhimovun bu təklifinə müsbət cavab verdim. Yüksək səfiyədə onu yola saldıq. Bir məqamı diqqətinizə çatdırım ki, Arzu Rəhimov xidmətin şəxsi heyyəti ilə keçirdiyi görüşdən sonra, mənə bildirdi ki, şöbənin əməkdaşlarından yarıdan çoxun işdən azad etmək lazımdır. Mən isə onun bu təklifinə ehtiraz etdim və bildirdim ki, bu insanlar mülkü vətəndaşlar olsalar da, xidmətin işinin əsas hissəsi bu insanların çiyinlərindədir. Düşünün ölkə prezidenti , Ali Baş Komandan çıxış edir və bildirir ki, ölkədə yeni-yeni iş yerlərinin açılması vacibdir və əhalinin işlə təminatı sahəsində ciddi addımlar atılmalıdır. Arzu Rəhimov isə uzun illər təcürbəyə malik olan insanları işdən çıxarmağımızı tələb edir. Hal bu ki, belə olacağı təqdirdə bu sistemdə çatların əmələ gələcəyi qaçılmaz idi. Necə ki, bu baş Verdi. Mənim təkidimə baxmayaraq Arzu Rəhimov 6 nəfəri işdən çıxardı. Hansı ki, bu insanlar öz sahəsinin peşakarları idilər. Bir məqamı diqqətiniz əçatdırım ki, şöbələr içərisində ən az işdən çıxarılma məhz mənim sayəmdə Tovuz şöbəsində oldu. Arzu Rəhimovun ayaq basdığı bütün şöblərdən işdən çıxarılanların ümumi sayı 800 yüz 1000 nəfər arasındadır. Hər şöbədən 20-30 insanı işdən çıxararaq ölkədə 1000- nə yaxın işsizlər ordusu yaratdı. Faciə o deyil ki, bu insanları işdən çıxardıb işsiz qoydu, faciə odur ki, bu insanların yerinə qeyripeşəkarları doldurdu. Bu qeyripeşakarların əmirin isə özü birbaşa mərkəzdə verirdi. Bunun səbəbin bu günə kimi də bilən yoxdu”.
Ağa Fəttahov daha sonra bildirdi ki, SHXÇDX-də baş verənlər və Arzu Rəhimovun fəaliyyəti bununla bitmir, bu xidmətdə təcürbəli və ali hərbi təhsilli zabitlərin işlərindən uzaqlaşdırılması istiqamətidə gördüklərimiz bizi daha da heyrətləndirdi. “Misal olaraq qeyd edim ki, 3 avqust 2012-ci ildə SHXÇDX-ndə növbəti müşavirə keçirildi. Bu müşavirdə heç kəsin gözləmədiyi halda Arzu Rəhimov çıxış edib mən daxil olmaqla yaşı tamam olanları təqaüdə göndərmək haqqında qərar qəbul etdiyini bəyan elədi. Maraqlısı bundadır ki, Arzu Rəhimov mart ayında bölgələrə səfəri zamanı bildirmişdi ki, bizlər MN-yi siteminə keçməyək və qalıb onunla işləyək.Hətda rütbəmizi qaldıracağı sözü belə vermişdi.Misal üçün mən polkovnik-leytinat rütbəsində polkovnik vəzifəsin 2008-ci ildən həyata keçirirdim. Hal bu ki, mənim polkovnik rütbəsin almağımın vaxtı çoxdan çatmışdı. Birdən birə nə dəyişdi ki, Arzu Rəhmov uzun illər bu sahədə təcürbəsi olan,eyni zamanda öz işnə yüksək canıyanlıq göstərən zabitləri belə cəzalandırırdı? Hal bu ki, bu insular SHXÇDX-ti yaranan zaman belə bir halla qarşılaşacaqlarını bilsəydilər, o zaman onlar xidməti deyil MN-də qulluğu seçmiş olardılar. Düşünün müharibə gedən ölkədə təcürbəli, Əfqanıstan və Qarabağ müharibəsində təcürbəsi olan zabitləri Arzu Rəhimov təqaüdə göndərməklə Azərbaycan ordusunu belə təcürbəli insanlardan məhrum etmiş oldu. Soruşa bilrsiniz ki, yaxşı bu zabitləri işlərindən uzaqlaşdırıb,onları təqaüdə göndərib, yerlərinə kimləri təyin etdi? Qeyd edim ki, Arzu Rəhimovun birbaşa əmri ilə kənardan əvvəllər bu sahədə olmayan, yaş həddinə görə bizdən yaşlı olan, bir neçə şəxsləri gətirərək onların əmrin verib xidmətə alıdı. Bundan başqa qeyd etdiyim müşavirədə bizi təqaüdə gödərilməsi ilə bağlı çıxışı zamanı zalda bizdən yaşca onlarla xidmət əməkdaşı vardı. Niyə məhz bizlər?, bu gün də bunun cavabın Arzu Rəhimov verə bilmir”. Fəttahov qeyd etdi ki, o bir neçə dəfə Arzu Rəhimovla görüşə cəht edib və bu cəhtlərindən birini reallaşdırıb.
“ Mən Arzu Rəhimovla görüşdüm. Ona ilk olaraq xidmətədn təqaüdə göndərilməyimin səbəbini soruşdum. Səmimi deyirəm ki, SHXÇDX-in rəisi Arzu Rəhimov bu sualıma cavab verə bilmədi. Arzu Rəhimova peşəkar və həri ali təhsilli zabtin qanunlar içərisində olmuş olsa belə təqaüdə çıxarılmasını indiki halda doğru olmadığını bildirdim. Bu gün ölkəmiz müharibə şəraitindədir. Peşəkar,ali hərib təhsilli zabitlərə ehtiyacımızın daha çox olduğunu düşünsək bu yolverilməzdir”.
Ağa Fəttahovdan MN-nə yenidən işə qayıtması üçün müraciət edib-etmədiyini də soruşduq. “Qeyd edim ki, Səfər Əbiyevin dövründə müraciət edəndə mənə bunun mümkünsüz olduğu ilə bağlı cavab göndərilmişdi.Amma ölkə prezidneti,Ali Baş Komandan İlham Əliyev cənablarının əmri ilə Zakir Həsənov MN-i təyin edildiyini, MN-yi sistemində həyata keçirilən uğurlu islahatlardan sonra, cənab nazirə MN-yi sistemində hərbi qulluğa götürülməyimlə bağlı müraciət etdim. Artıq bununla bağlı mənə cavab gəlib. Cavab da ondan ibarətdir ki, mən SHXÇDX-nin Nizami idarəsində həkim komisiyasından keçim və sənədlərim MN-nə göndərilsin. Komisiyadan da keçmişəm,bütün qanuni sənədlər qaydasındadır və sənədlərim MN-nə göndərilib.”.
Ağa Fəttahovdan niyə məhz bu gün SHXÇDX-də baş verən proseslər haqqında mətbuatı məlumatlandırdığını da soruşduq. “Bilirsiniz bunları deməmək,həm bir peşəkar zabit kimi, eyni zamanda dövlətini və millətini sevən insana yaraşa bilməz. Məsələ o deyil ki, mən təqaüdə göndərilmişəm. Məsələ ondadır ki, belə bir xidmətdə təcürbəli və hərbi ali təhsilli insanlar Arzu Rəhimovun qəzəbinə tuş gələrək təqüdə göndərilirlər. Yəni bu insanlar təqüd yaşları gəldiyinə görə deyil, məhz Arzu Rəhimovdan əvvəl bu xidmətdə olduqlarına, Arzu Rəhimovun əmri ilə işə qəbul edilmədiklərinə görə təqüdə göndərildilər. Burda diqqət çəkən başqa bir məqam isə bu təqüdə göndərilənlənlərlə bağlı yuxardan kimlərsə zəng edib tapşırmayıblar. Bu insanların tək bir güvəndiyi vardırsa o da Ali Baş Komandan İlham Əliyevdi. Biz dövlətimizə və xalqımıza xidmət etmək üçün Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yetişdirildik. Arzu Rəhimov kimlər bizi sındıra bilməzlər. Arzu Rəhimov gedər, başqası gələr, Amma bu dövlət, bu xidmət xalqın və bizimdir. Mənim istədiyim odur ki, müvafiq qurumlar Arzu Rəhimovun kadr siyasətini bir təftiş etsinlər. Onda görünər ki, SHXÇDX-də kadır siyasəti necə və hansı şəkildə aparılır”.
Vətəninfo.az