Paşinyan Kəlbəcərdəki bu restoranda oğlu Aşotla yedi-içdi və...-FOTOLAR

Paşinyan Kəlbəcərdəki bu restoranda  oğlu Aşotla yedi-içdi və...-FOTOLAR

İşğalçı ölkənin baş naziri Nikol Paşinyan ötən bazar günü növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq Ermənistanın işğalı altındakı torpaqlarımızda hərbi xidmət keçdiyi deyilən oğlu Aşota dəyməyə gəlib.

Moderator.az xəbər verir ki, bu haqda Paşinyan özü sosial şəbəkədə paylaşım edib. Düşmən hökumət başçısının yazdığına görə, arvadı, oğlu və qızları ilə  birlikdə Kəlbəcər rayonumuzun  "Nor Qetaşen”("Yeni Çaykənd”) adlandırılmış kəndlərindən  birində, yol kənarında yerləşən "Ari Resort” istirahət kompleksindəki restoranda dincəlməyi qərara alıblar. Restoranda yeyib-içib əyləndikdən sonra Paşinyan ofisianta hesabı ödəyərək qəbz tələb edib.  Lakin restoran əməkdaşları guya aparatda problem olduğunu söyləyiblər, ancaq əslində qəbzi vura bilməyiblər. Bundan da Paşinyan belə nəticə çıxarıb ki, deməli, həmin restoranda, ümumiyyətlə, qəbz vurulmur və müdiriyyət bu yolla vergidən yayınır,  heç kəs də qəbz tələb etmir. O, bununla bağlı Ermənistan və Qarabağdakı ermənilərə müraciət edərək hər kəsin hər hansı xidmət üçün, o cümlədən restoran və kafelərdə qəbz tələb etmələrini tövsiyə edib. 

Son məlumata görə, Kəlbəcərdəki restoranın sahibi, kinorejissor və müharibə veteranı video-müraciət edərək Ermənistan baş nazirini bu hərəkətinə görə  tənqid edib.

Xatırladaq ki, Kəlbəcərdəki bəhs edilən restoran ötən ilin iyununda  qəndarma separatçı rejim rəhbəri Bako Saakyanın iştirakı ilə açılıb. Moderator.az bu haqda  məlumat verib.

P.S....

Sultan Laçın


 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az