Paşinyandan şok açıqlama: “Etiraf edirəm ki...”

Paşinyandan şok açıqlama: “Etiraf edirəm ki...”

Baş nazir Nikol Paşinyan "Ermənistanın müstəqilliyinin 33-cü ildönümü” münasibətilə müraciət edib.

Miq.Az xəbər verir ki, Ermənistan baş naziri müraciətində "müstəqillik bəyannaməsi”ndəki bir sıra məqamlara toxunub.

Paşinyan "bəyannamə”nin Ermənistanın müstəqilliyinin buxovladığını bildirib.

"2020-ci il müharibəsindən əvvəl, xüsusən də müharibədən sonra bəyannamənin mətnini dəfələrlə və təkrar-təkrar oxudum. Etiraf edim ki, mənim müharibədən sonrakı mütaliələrim müharibədən əvvəlki mütaliələrimdən bir qədər fərqlənirdi. Bəyannamənin mətninin ekspertiza təhlili göstərir ki, biz nəhayət elə bir müraciət və məzmun seçmişik ki, bu da bizi Sovet İttifaqının tərkibinə daxil edən qətnaməyə əsaslanır, söhbət bizi daim qonşularımızla və regional ətrafla münaqişədə saxlayan məsələdən gedir”, - baş nazir bildirib.

Paşinyan "müstəqillik bəyannaməsi”ni "Ermənistanın müstəqilliyini itirməyə aparan qətnamə” adlandırıb. O qeyd edib ki, Ermənistan bununla SSRİ-dən çıxdığını elan etsə də, bu "bəyannamə” ölkəsinə istədiyi müstəqilliyi gətirməyib.

"İndi digər yolların necə olacağını, nəyə aparacağını bilmirik, amma artıq keçilmiş yolu təhlil edib anlamaq bizim tarixi borcumuzdur.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az