Pensiyalar nə qədər artacaq? - Nazir müavinindən açıqlama

Pensiyalar nə qədər artacaq? - Nazir müavinindən açıqlama
"Gələn il pensiyalar indeksləşdirmə ilə artacaq. Layihədə qeyd edilir ki, orta aylıq əməkhaqqı artaraq, 990 manat olacaq”. 

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev bildirib. 

"Buna uyğun olaraq, pensiyalar nə qədər artacaq? Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində proqnoz varmı?” 

Pensiyaların nə qədər artacağı ilə bağlı sualara olaraq əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, bu, hələ məlum deyil: 

"Hələlik bununla bağlı dəqiq rəqəm deyə bilmirik. Bir məlumat olacaqsa, komitə ilə bölüşəcəyik”. 

Xatırladaq ki, bu ilin fevral ayında Prezident İlham Əliyev "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az