Peyğəmbərlər necə pul qazanıblar? - Siyahı

Peyğəmbərlər necə pul qazanıblar? - Siyahı
Peyğəmbərlər necə dolanıb, gün-güzəran edib? Hansı sənətin sahibi olublar? Baki-Baku elektron qəzeti bununla bağlı dini məxəzlərdə olan faktları siyahı şəklində tərtib edib.
 
Miq.az həmin siyahını təqdim edir:
 
Həzrəti Adəm (ə): Əkinçi olub.
Həzrəti Şis (ə): Toxuculuq sənətinin banisi idi.
Həzrəti İdris (ə): Dərzi.
Həzrəti Nuh (ə): Dülgər.
Həzrəti Hud (ə): Tacir.
Həzrəti Saleh (ə): Dəvəçi.
Həzrəti İbrahim (ə): Memar, bənna.
Həzrəti  İsmayıl (ə): Quru və dəniz ovçuluğu ilə dolanışığını təmin edərdi. Ovçuların ustadı sayılırdı. 70 dil bilirdi.
Həzrəti Lut (ə): Tarixçi idi. Səyyahların atası sayılırdı.
Həzrəti İshaq(ə): Çoban idi.
Həzrəti Yaqub (ə): Çoban olub.
Həzrəti Yusuf (ə): Dulusçu. Saatı icad edən.
Həzrəti Eyyub (ə): Əkinçi idi.
Həzrəti Şueyb (ə): Əkinçi olub.
Həzrəti Musa (ə): Çoban olub.
Həzrəti Harun (ə): Sənəti haqqında dəqiq məlumat yoxdur. Qardaşı Həzrəti Musaya (ə) vəzir təyin edilib.
Həzrəti Davud (ə): Dəmirçiliklə məşğul olub, ilk zirehli əlbisəni düzəldib.
Həzrəti Süleyman (ə): Zənbil düzəldərdi. Mis mədənini ilk dəfə yaradan o idi.
Həzrəti Zülkifl (ə): Çörək bişirərdi.
Həzrəti İlyas (ə): Toxucu olub.
Həzrəti Yunus (ə): Balıq ovlayıb dolanardı.
Həzrəti Üzeyir (ə): Bağban idi. Meyvə ağaclarını ilk dəfə peyvənd edən,  budama işlərini insanlara öyrədən peyğəmbər idi.
Həzrəti Loğman (ə): Peşəsi həkim və əczaçılıq idi.
Həzrəti Zəkəriyyə (ə): Dülgər idi.
Həzrəti İsa (ə): Ovçu idi. Ov aləti ilə dolanışığını təmin edərdi.
Həzrəti Məhəmməd (s.ə.s.): Kiçik yaşlarında çobanlıq etmiş, daha sonra ticarətlə məşğul olmuşdu.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az