Peyvənd olanlar maskasız gəzə biləcəklər

Peyvənd olanlar maskasız gəzə biləcəklər

ABŞ-da vaksinasiyadan keçənlərin maska taxmadan küçəyə çıxa biləcəkləri açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərin Nəzarət və Qarşısının Alınması Mərkəzi tövsiyə məqsədli yeni koronavirus tədbirlərində deyilir.

Bildirilib ki, iki doza vaksin vurulmuş şəxslər maskasız çölə çıxa bilər, idman tədbirlərinə qatıla bilər və çox insanın olmadığı yerlərdə yemək yeyə bilərlər. Bu şəxslərin qapalı məkanlarda da maska və sosial məsafəsiz görüşə biləcəkləri ifadə edilib.

Gözəllik salonları, ticarət mərkəzləri, kino və teatr salonlarında isə maska taxılmağa davam edilməsi tövsiyə olunub.

Açıqlamada vaksinasiyadan keçməmiş şəxslərin də açıq havada gəzə biləcəkləri, qaça biləcəkləri, peyvəndlənmiş ailə üzvləri və ya dostlarla açıq havada görüşə biləcəkləri qeyd edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az