Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq
Bizdə Azərbaycanla münasibətdə heç bir qəriblik hissi yoxdur. İnşallah Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşümdə bu öz əksini tapacaq.

 

Bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycana səfəri barədə danışarkən deyib.

 

"Çox şadam ki, Azərbaycana səfər edəcəyəm. Ona görə ki, Azərbaycanı yad ölkə saymır, orada özümüzü qərib hesab etmirik.

 

Biz keçmişdə ortaq tarixi bölüşmüşük, ancaq bu gün aramızda sərhəd var. İki ölkənin xalqı kimi bir-birimizin qəmimizə, sevincimizə şərik olmuşuq.

 

Biz keçmişdə çox yaxın qardaş olmuşuq. Bundan sonra da belə olacaq”, - Pezeşkian vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az