Azərbaycan mühəndisləri “Smartplane” adlı pilotsuz mini uçuş aparatı hazırlayıb.
Mənbənin sözlərinə görə, layihə “Yüksək Texnologiyalar Parkı” MMC (YTP) tərəfindən dəstəklənib və bütün işlər orada aparılıb.
Azərbaycan mühəndislərinin hazırladığı yeni aparat ərazinin şəklinin çəkilməsində istifadə edilə bilər. Aparatı Android və iOS əməliyyat sistemli portativ kompüter, həmçinin smartfon və planşet kompüter vasitəsilə idarə edilə bilər.
Mühəndislərin sözlərinə görə, Smartplane-in uçuş müddəti 80 dəqiqə, maksimum sürəti saatda 47 kilometr təşkil edir.
Çəkisi 650 qram olan aparat 300 qramlıq yükü qaldıra bilir. Aparatı üzərinə multispektral, termal kamera, hava sensoru və s. yerləşdirməklə işlətmək olar.
Layihəyə investisiya cəlb etmək üçün mühəndislər yaradıcı layihələr üçün nəzərdə tutulmuş "Kickstarter" platformasından istifadə ediblər.
Trend
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?