Pivənin nağd satışı qadağan olunur

Pivənin nağd satışı qadağan olunur

Azərbaycanda topdansatış pivənin nağd şəkildə satışı ilə məşğul olan şəxslər cəzalandırılacaq.

 

Miq.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Cinayət Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Məcəllənin 213-1-ci maddəsində "Tütün" sözü "Pivənin və tütün" sözləri ilə əvəz edilib. Belə ki, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nəzərdə tutulan dəyişiklik aksiz markası ilə markalanmalı olan məhsulları nağd qaydada xeyli miqdarda satma, habelə belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna edilməklə Cinayət Məcəlləsində təsbit edilməsi məqsədi daşıyır.

Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az