Piyada keçidindən keçən qadını maşın vurdu - Bakıda

Piyada keçidindən keçən qadını maşın vurdu - Bakıda
Bakıda piyada zolağından istifadə etməklə yolu keçmək istəyən gənc qadını avtomobil vurub.

"Report” xəbər verir ki, hadisə avqustun 13-də günorta saatlarında paytaxtın Xətai rayonu ərazisindəki Afiyəddin Cəlilov küçəsində baş verib.

Gənc qadın piyadalar üçün nəzərdə tutulan zolaqdan istifadə etməklə yolu keçmək istəyərkən sürətlə gələn "Mercedes" markalı 90-KM-306 dövlət nömrə nişanlı avtomobil onu vurub. Piyada aldığı zərbədən yerə yıxılıb və ayağa qalxa bilməyib.

Piyadanı vuran avtomobilin sürücüsü və yaxınlıqda olan insanlar zərərçəkmişə yardım ediblər.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az