PKK liderlərindən biri həlak oldu

PKK liderlərindən biri həlak oldu
PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatının liderlərindən biri həlak olub.

Trend-in "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, PKK liderlərindən biri, Bahoz Erdal kimi tanınan Fehman Hüseyn Suriyanın Kamışlı şəhərində avtomobilin partlaması nəticəsində ölüb.

Məlumata əsasən, içində F.Hüseynin də olduğu maşın ötən gün müxalif qüvvələr tərəfindən partladılıb.

Terrorçu liderlə yanaşı, ən azı 8 nəfərin öldüyü deyilir.

Qeyd edək ki, F.Hüseyn Türkiyədə ən təhlükəli terrorçulardan biri kimi axtarışda olub. /Trend/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az