PKK terrorçularının hücumu nəticəsində 4 polis şəhid olub

PKK terrorçularının hücumu nəticəsində 4 polis şəhid olub

Türkiyədə PKK terror təşkilatının hücumu nəticəsində daha dörd polis əməkdaşı şəhid olub.

 

Vətəninfo.az-ın APA-ya istinadən xəbərinə görə, yola quraşdırılan partlayıcı qurğu içərisində polislərin olduğu avtomobil keçərkən partladılıb. Hadisə Mardin vilayətinin Darkeçid qəsəbəsində qeydə alınıb. Məlumata görə, terrorçular qəsəbədə tikintisi davam edən məktəbdə yanğın törədiblər. Hadisə yerinə zirehli avtomobillə gedən polislər yolda hücuma məruz qalıb və  nəticədə biri polis rəisi olmaqla 4 polis şəhid olub.

 Şəhid olanlar polis rəisi, 45 yaşlı İbrahim Xəlil Aksoy, polis əməkdaşları - 29 yaşlı Akif Hatunoğlu, 31 yaşlı Mehmet Hüseyn Balta və 22 yaşlı Əhməd Akalındır.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az