PKK yol kəsərək avtomobilləri yandırıb

PKK yol kəsərək avtomobilləri yandırıb

Terrorçular fəallaşır, tez-tez atışma meydana çıxır...

Türkiyənin Qars vilayətinin Kağızman mahalında barrikada quran PKK terrorçuları 12 yük maşını və avtomobil yandırıblar. Hadisə nətiəsində insan itkisi yaşanmayıb.
Bildirilir ki, terrorçular İqdır- Ərzurum quru yolunu bağlayıblar. Barrikada qurularaq yol kəsilib və yoldan keçən maşınlar yandırılıb. Polis qüvvələrinin əraziyə göndərilməsindən dərhal sonra isə PKK-çılar qaçıblar. 
Şırnakda isə 3 terrorçu kömür sexində işləyən iki işçini tutaraq, sexi partladıblar. Bir müddət sonra işçilər buraxılıb. Tunceli vilayətində bir qrup terrorçu atışma çıxarıb. Polis bölməsinin binası atəşə tutulub. Ölən və yaralananlar olmayıb. 

Musavat.com


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az