Polad Bülbüloğlundan tanınmış müğənniyə sərt sözlər
`Rusiyalı tanınmış opera müğənnisi Lyudmila Kazarnovskaya
Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində səfər etməklə
beynəlxalq normaları pozub`.
Vətəninfo.az Moderator.az-a istinadla xəbər verir ki, bu barədə `TASS`-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
P.Bülbüloğlu
Kazarnovskayanın Azərbaycanın `qara siyahı`sına salınmasından da
danışıb: `Müğənninin Dağlıq Qarabağa səfər etməsi barədə qərarı bütün
beynəlxalq qaydaları pozur. Azərbaycan rəhbərliyi peşəsindən asılı
olmayaraq, hər kəsə qarşı bu addımı atır`.
Səfir
qeyd edib ki, tanınmayan ərazilərin ziyarət edilməsi yalnız müvafiq
ölkənin rəhbərliyinin icazəsi ilə həyata keçirilir. Bu halda isə Dağlıq
Qarabağ Ermənistan da daxil olmaqla heç bir ölkə tərəfindən tanınmayıb
və həmin əraziyə səfərlər Azərbaycan rəhbərliyinin razılığı əsasında
həyata keçirilməlidir.
Qeyd edək ki, iyulun
ikisi məşhur opera müğənnisi Lyubov Kazarnovskaya bu günlərdə
Azərbaycanın işğal altında olan torpaqlarında səfərdədir.
Səfər
çərçivəsində müğənni, pedaqoq, professor "Dağlıq Qarabağ Respublikası”,
Ermənistan və Rusiyadan olan istedadlar üçün master-klasslar keçib.
Opera
müğənnisinin özü isə erməni KİV-nə müsahibəsində bəyan edib ki,
dinləmələr gələcəkdə Qarabağda Opera Mərkəzinin yaradılması məqsədilə
keçirilir.
Qondarma "Dağlıq Qarabağ
Respublikası”nın mədəniyyət və gənclər nazirinin sözlərinə görə, müğənni
Azərbaycanın qara siyahılarına baxmayaraq uzunmüddətli əməkdaşlığa
hazırdır və müxtəlif tədbirlərdə iştirak etmək məqsədilə sentyabrda
Qarabağa yenidən səfər etməyi planlaşdırır.