Prezidentin ən yaxın adamı işdən gedir
Bu iddianaı CNN telekanalı səsləndirib
ABŞ-ın qalmaqallı prezidenti Donald Trampın ən yaxın adamlarından biri hesab edilən dövlət katibi Reks Tillerson istefa verə bilər. İstiPress-in məlumatına görə, bu iddianı CNN səsləndirib.
Onun postunu vaxtsız tərk etməsinə səbəb kimi isə prezidentlə arasında olan analaşılmazlıqlar göstərilir.
Telekanalın məlumatına görə, Tillersonla Ağ ev arasında İranla dialaoqa girmə və Dövlət Departamenti daxilində kadr siyasəti ilə bağlı ciddi fikir ayrılığı yaşanıb. Bundan başqa guya Tillerson Trampın baş prokuror Cef Seşnsa barəsindəki fikirlərini qeyeri-peşəkar adlandırıb.
İddiaya görə, Tillerson daha öncədə yaxın ətrafına tutduğu postu ilin sonuna kimi tərk etmək niyyətində olduğunu açıqlayıb. Onun fikrincə, departamentdə nizam-intizam yoxdur, diplomatlar isə qərar verməkdən yayınırlar.
Reks Tillerson dövlət katibi postuna bu ilin fevral ayaında təyin edilib. O, bu postda Con Kerrini əvəz edir.
Miq.az