ABŞ-ın Tennesi ştatından respublikaçı konqresmen Stiven Finçerin ictimaiyyətlə əlaqələr üzrə direktoru Elizabet Loten dekabrın 1-də istefa verib.
Məlum olub ki, E.Loten Şükranlıq günü münasibətilə Prezident Barak Obamaya hədiyyə olunan “hind toyuğunun əfv edilməsi” mərasimində onun qızları Saşa və Maliyanın davranışını Facebook səhifəsində kəskin tənqid edib. O, Facebook-da prezidentin qızlarına müraciət edərək yazıb:” Əziz Saşa və Maliya. Mən başa düşürəm ki, siz çətin yaş dövründəsiniz. Amma siz Birinci Ailənin bir hissəsisiniz. Çalışın, buna uyğun hərəkət edəsiniz. Ən azı oynadığınız rola hörmətlə yanaşın”. O, prezidentin qızlarına ictimai teleefirlərdə “ağız-burun əyməməyi” məsləhət görüb.
Prezidentin qızlarının xarici görkəmi və davranışı ilə bağlı Elizabet Lotenin şərhləri sosial şəbəkələrdə böyük tənqid dalğası doğurub. Üzr istəmək məcburiyyətində qalan E.Loten müraciətini silməli olub və sonunda istefa verib. Ağ Evin mətbuat xidmətinin nümayəndəsi Coş Ernest baş verənlər ilə bağlı deyib ki, Elizabet Lotenin prezidentin qızlarına münasibətdə davranışı onu çox təəccübləndirib. O vurğulayıb ki, dövlət idarələrinin nümayəndələri və siyasətçilər dedikləri sözlərinə diqqətlə yanaşmalıdırlar.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib