“Priqojin sağdır, qəzanı özü səhnələşdirib” – Şok iddia

“Priqojin sağdır, qəzanı özü səhnələşdirib” – Şok iddia

"Vaqner” qruplaşmasının lideri Yevgeni Priqojin sağdır. O, salamat qalmaq üçün öz ölümünü səhnələşdirə bilərdi.

Teleqraf.com xəbər verir ki, bunu britaniyalı siyasi ekspert Natya Seskuriya deyib.

Onun fikrincə, Priqojin ümumi diqqətdən kənarda qruplaşmanın rəhbəri kimi öz rolunu davam etdirmək üçün belə bir addım ata bilərdi. Ekspert istisna etmir ki, "təyyarə qəzası və ölüm” Priqojin üçün qaçmağın bir yoludur.

"Ehtimal var ki, bu, Priqojinin gözədəyməz fəaliyyətləri üçün təşkil olunub. Bütün bunları Priqojin tərəfindən özünü yoxa çıxarmaq üçün səhnələşdirə bilərdi”, - Seskuriya bildirib.

Ekspertin fikrincə, "Vaqner” liderinin bu qərara gəlməsinin əsas səbəbi qaldırdığı qiyamla ölüm hökmünü imzalaması ilə bağlıdır:

"Geriyə yol, Putinin etimadını qaytarmaq və işini həmişəki qaydada aparmaq variantı yox idi”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az