Prokuror 9 il istədi, hakim 1 il 6 ay cəza verdi - "LOTU QULİ"nin YEZNƏSİNƏ

Prokuror 9 il istədi, hakim 1 il 6 ay cəza verdi -
Hazırda həbsdə olan kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun bacısın əri Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Miq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı V. Hüseynovun 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, V. Hüseynov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Vidadi Hüseynov məhkəmədə ifadəsində bildirib ki, onu "Lotu Quli"yə görə tutublar: "Polisdə dedilər, Nadir Səlifovun bütün yaxınları tutulur, sən də həbs olunmalısan".
Qeyd edək ki, V. Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkarlanıb.
V. Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.4.3ci (külli miqdarda narkotik vasitə) maddəsi ilə cinayət işi başlanılıb.
V. Hüseynov "Lotu Quli" ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşıdır. N.Səlifov özü də hazırda həbsdədir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az