Dövlət ittihamçısı Suriyada hərbi təlim keçməkdə ittiham olunan 6 gəncin 15 il müddətinə həbs olunmasını istəyib.
Proses mayın 25-də Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Vəkil Elmar Süleymanovun AzadliqRadiosuna verdiyi məlumata görə, prosesdə vəkillər müdafiə çıxışı ediblər:
«Biz bildirdik ki, bu cinayət işində gənclərin cinayətini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Onların Suriyaya getməkləri hələ o demək deyil ki, onlar «İslam Dövləti» qruplaşmasına qoşulublar. İttiham olunanlardan Tural Həsənovun gözünün göstəricisi 7-dir. Bu o deməkdir ki, Tural eynəksiz öz barmaqlarını belə görə bilmir. Belə olan halda o, necə döyüşdə iştirak edə bilər».
Vəkilin dediyinə görə, bu cür cinayət əməlinə görə Suriyada ən çox 7 il həbs cəzası verilir. Belə olan halda prokurorun 15 il cəza istəməsi də anlaşılan deyil:
«Bizim qanunvericiliyə görə, xarici ölkə ərazisində törədilmiş cinayətlə bağlı müəyyən edilmiş cəza həmin ölkədə müvafiq cəzadan ağır ola bilməz. Bütün bu halları təhlil edəndə görürük ki, məhkəmə çox çətin vəziyyətə düşüb. Ortada heç bir sübutu olmayan cinayət işi var. Elmar Süleymanov deyir ki, məhkəmədə müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyirlər».
Növbəti proses mayın 29-na təyin olunub ("Azadlıq" radiosu).
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?