Putin Nazarbayevlə Qarabağı müzakirə etdi

Putin Nazarbayevlə Qarabağı müzakirə etdi
Aprelin 8-də Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı baş tutub.
 
Novator.az Rusiya prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, telefon danışığı zamanı Putin və Nazarbayev Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində baş verənlər haqda fikir mübadiləsi aparıblar. Putin Nazarbayevə Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyilə atılan addımlar, o cümlədən Rusiyanın baş naziri, xarici işlər və müdafiə nazirlərinin bu istiqamətdə gördüyü işlər haqda məlumat verib.
 
Telefon söhbəti zamanı Rusiya və Qazaxıstan prezidentləri ikitərəfli münasibətləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində yüksək səviyyədə keçiriləcək görüşlərin qrafikini də müzakirə ediblər.
 
Vladimir Putinlə Nursultan Nazarbayev Qarabağdakı vəziyyəti aprelin 6-da da telefonla müzakirə etmişdilər. Onda da Kremlin mətbuat xidməti Putinin qazaxıstanlı həmkarına Qarabağda vəziyyəti sabitləşdirmək üçün Rusiyanın vasitəçiliyilə atılan addımlar haqda məlumat verdiyini açıqlamışdı.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az