Putin Paşinyanla telefon danışığından əvvəl qırıcıları İRƏVAN ÜZƏRİNƏ QALDIRIB
"Rusiya prezidenti Vladimir Putin noyabrın 21-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığından əvvəl İrəvan səmasında Rusiyanın dünyaca məşhur "Vityazner" qırıcı təyyarələri görünüb".
Miq.Az xəbər verir ki, bu ilginc açıqlama ilə Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş administrasiya rəhbəri Edqar Qazaryan çıxış edib.
E.Qazaryan bildirir ki, dövlət başçılarının danışığından 15 dəqiqə əvvəl qırıcılar havaya qalxıb. Qırıcıların uçuşu ilə bağlı əvvəlcədən hər hansı rəsmi məlumat olmayıb. Yə hər hansı bayram tədribi və ya təlimlə bağlı qırıcıların uçuşlarının olacağı elan edilməyib.
Həmçinin, Qazaryan qeyd edir ki, ənənəvi telefon danışıqlarından fərqli olaraq, sonuncu danışıqdan təşəbbüsün kim tərəfindən gəldiyi qeyd edilmir. Ümumiyyətlə, bu danışıq haqqında yalnız Kreml məlumat yayıb.
Putinin telefon danışığından əvvəl qırıcı təyyarələri İrəvan üzərinə qaldırması Azərbaycan və Ermənistan dövlət başçılarının Brüssel səfəri ərəfəsində Paşinyana diktə və təzyiq aləti kimi qiymətləndirilir.(turkustan.az)
Miq.Az