Vətəninfo.az xəbər verir ki,Ukraynanın baş naziri Arseniy Yatsenyuk “Washington Post” qəzetində yayımlanan məqaləsində Rusya prezidenti Vladimir Putinin Ukraynada həata keçiriləməyə başlanan demokratikləşmə prosesindən qorxur və Arseniy Yatsenyuka görə, bu demokratikləşmə prosesi gələcəkdə Krımı ölkənin ərazi vahidliyinə qaytaracaq.
Ukrayna hökumətinin iki cəbhədə birdən müharibə apardığını qeyd edən Yatsenyuk məqaləsində daha sonra qeyd edir: “Birincisin siz televizyanlarda da izləyirsiniz, ölkənin Şimalında yaşanan müharibə. İkincisi isə çox görülməsə də ən az birinci qədər vacibdir.Ukraynanın geridə qalan sovet geçmişi, ondan qalan korrupsiya adətləri və səriştəsiz idarəçilik sistemləri ilə vuruşur. Bu cəbhələrdə birlikdə vuruşub uğurlar əldə edilməsi vacibdir.Bu ikisi də Ukraynanın rifah içəsisində demokratik bir gələcək qurması ilə bağlıdır”
Məqaləsində Avropanın dəyərlərinin rus emperyalizminin hücumları altında olduğunu iddia edən Arseniy Yatsenyuk müstəqilliyin tapdanılması və çeyinənilməsi baş verəcəyi təqdirdə bunun Ukrayna ilə məhdudlaşmayacağını, nəticələrinin daha da ağır və məşəqqətli iqtisadi böhranlara çevrilə biləcəyi xəbərdarlığını da edib.
Müstəqil Ukraynanın Rusiya üçün mənfi bir örnək olacağını, demokratik düşüncələrin görüşlərdən narahat olan Rusiya rəhbərliyinin hücuma hər an hazır olan bir vəziyyətə gəldiyini iddia edən Yatsenyuk, Moskovanın Kiyevi reformalar və müdafiə arasında bir seçim etməyə məcbur etdiyini qeyd edib.
ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı embarqoların davam etməsinə ehtiyaçlarının olduğunu qeyd edən Yatsenyuk, ötən gün etdiyi çıxışda da Krım və Şimali Ukraynada yenidən nəzarəti əldə edəcəkləri sözünü verib.
Vətəninfo.az