Putin Ukraynadakı hərbi əməliyyatlara görə cinayət işinin açılmasını əmr etdi

Putin Ukraynadakı hərbi əməliyyatlara görə cinayət işinin açılmasını əmr etdi

Rusiya prezidenti Vladimir Putin onun Ukraynaya təcili xidmət çağırışçılarının göndərilməməsi əmrinin pozulmasına dair hesabatı alıb. Musavat.com xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
 
Peskov bildirib ki, prezident hesabatı hərbi prokurorluğa göndərərək, ona hüquqi qiymət verilməsi və əmrini icra etməyən şəxslərin ciddi şəkildə cəzalandırılmasını tapşırıb.
 
Onun sözlərinə görə, hərbi əməliyyatlar başlanmazdan öncə V.Putin təcili xidmət çağırışçılarının orada iştirakına yol verilməməsini tapşırıbmış.
 
Lakin bu günlərdə məlum olub ki, ordu rəhbərliyində bəzi şəxslər bu tapşırığa əməl etməyiblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az