Putin və Əliyev arasında telefon danışığı – Razılıq əldə olundu
Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə telefonda danışıb.
Miq.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Putin və Əliyev bir-birini İkinci Dünya Müharibəsindəki qələbənin 76-cı ildönümü münasibətilə təbrik ediblər.
Hər iki ölkənin qəhrəmanlıq tarixini ehtiramla yad etdiklərini və misilsiz igidlik nümayiş etdirən qəhrəmanlara dərin minnətdarlıqlarını bildiriblər.
Liderlər Rusiya-Azərbaycan əməkdaşlığının hərtərəfli inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini təsdiqləyiblər və müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Miq.Az