Putindən Ərdoğana ABŞ-ı qəzəbləndirəcək mesaj
Rusiya Prezidenti Vladimir Putinin Yeni il təbrikləri ilə bağlı xarici ölkə liderlərinə göndərdiyi mesajlar ABŞ-ın qəzəbinə səbəb olacaq.
Axar.az xəbər verir ki, Putinin ölkə liderlərinə göndərdiyi təbrik mesajları içərisində Ərdoğana təbrik digərlərindən xeyli dərəcədə fərqlənir. Belə ki, Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi təbrik mesajında Ankara və Moskvanın regional və qlobal məsələlərdə birgə hərəkət etmək kimi fikirləri diqqət çəkib.
Putin Rusiya-Türkiyə münasibətlərində çətin dövrün geridə qaldığını bildirərək, əməkdaşlığın bütün sahələrdə mərhələli olaraq normallaşmağa başlamasından məmnun olduğunu qeyd edib.
Miq.Az