Putinlə Ruhani Bakıya gəlir - Uçtərəfli danışıqlar olacaq

Putinlə Ruhani Bakıya gəlir - Uçtərəfli danışıqlar olacaq

Rusiya, İran və Azərbaycan prezidentlərinin tezliklə Bakıda görüşü planlaşdırılır.

Strateq.az "Qolos Ameriki” radiosuna istinadən bildirir ki, Vladimir Putin, Həsən Ruhani və İlham Əliyev təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Planlaşdıırlan danışıqların detalları açıqlanmayıb. Buna baxmayaraq ötən həftə Bakıda olan xarici işlər naziri Lavrov bəyan edib ki, gündəlikdə Xəzər regionunda təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunacaq əsas məsələ olacaq

İranın xarici işlər naziri Cavad Zarif deyib ki, bu görüşlə bağlı iş gedir: "Biz Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü üzərində işləyirik”.

İranlı nazirin deməsinə görə, həmin görüşün də Azərbaycanda keçirilməsi nəzərdə tutulur: «İran prezidenti daha öncə Azərbaycana səfər edib. Sonra Azərbaycan prezidentinin İrana səfəri baş tutdu. İran prezidenti üçtərəfli görüşdə iştirak etməkdən məmnun olacaq».

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az