Putinlə - Trampın görüş vaxtı açıqlandı

Putinlə - Trampın görüş vaxtı açıqlandı
Putinlə Trampın mümkün görüşünün vaxtı açıqlandı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiya (andiçmə) mərasiminə kimi (2017-ci il yanvarın 20-si – red.) Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.

Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Moskva Trampdan konkret olaraq nəyisə gözləmir. Mətbuat katibinin sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidentinin hərəkətlərinə qiymət vermək lazım deyil.
"Bilmirəm, Rusiya prezidenti və Tramp arasında inaqurasiyaya qədər hansısa əlaqələr olacaqmı? Mənə bu məlum deyil, amma, əlbəttə ki, bunu istisna etmək olmaz. Təbrik müraciəti artıq göndərilib”, - Peskov deyib.
O, həmçinin vurğulayıb ki, Rusiya ABŞ-la normal münasibətlər axtarışındadır və problemlərin dialoq yolu ilə həllinə ümid edir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az