Azərbaycanın Avropa Birliyinə assosiativ üzvlüyünə qəbul olunması barədə siyasi şərhçi Qabil Hüseynlinin “Vətəninfo.az”a müsahibəsi:
-İlk növbədə, qəbul olunmuş qətnaməni necə qiymətləndirirsiniz?
-Bu qətnamə Azərbaycanın qərbə inteqrasiyası yolunda atılmış mühüm bir addımdır. İndiyə kimi Avropa Birliyi ilə yaxın qonşuluq münasibətində olan Azərbaycana, o cümlədən də digər Qafqaz respublikalarına belə bir status verilib.İndi isə bu qətnamə ilə yaxın qonşuluq münasibətindən keçərək yaxın tərəfdaşlıq proqramına keçiblər. Avropa Birliyi ilə bu üç respublika arasında viza, gömrük, ticarət əlaqələrinin sadələşdirilmiş varianta keçməsini nəzərdə tutur. Hal-hazırda isə Ermənistanla Azərbaycanın Avropa Birliyinə assosiativ üzvlüyü barədə yeni qətnamə qəbul edilib. Bu çox mühüm qətnamədir. Bu qətnamədə AB iki məqsəd güdür. Birinci məqsəd, hər bir respublika ilə münasibətləri dərinləşdirmək, Avropaya inteqrasiyası prosesini sürətləndirməkdir.Viza rejimi artıq əvvəlki bürokratik əngəllərlə olmayacaq. Vergi sistemi ikqat vergidən azadedilmə prinsipi ilə aparılacaq. Azərbaycan və Ermənistan vətəndaşları Avropaya daha asan viza alma imkanına sahib olacaqlar. Assosiativ üzvlüyün əsasında Dağlıq Qarabağ probleminin həll olunması, çözülmə prosesində qərbin və Avropa Bİrliyinin daha yaxından iştirakı nəzərdə tutulur. AB son 20 il ərzində Dağlıq Qarabağ probleminin həlli ilə maraqlanmayıb. Son 5-6 ay ərzində isə bu problemlə daha ciddi maraqlanmağa başlayıb. Ən başlıcası isə Cənubi Qafqazı özünün strateji maraqları zonasına daxil edib. Məsələn, alternativ qaz kəməri layihəsi, Transxəzər qaz boru kəməri layihəsi və.s layihələr AB üçün prinsipial əhəmiyyət daşıyır. Bu ölkələrə məhz buna görə də AB yaxın olan ölkə statusu verdi. Məsələn, Türkiyə AB-nə namizəddir. Amma ona assosiativ üzvlük vermirlər. İlk növbədə bu iki ölkəyə assosiativ üzv verməklə bu regionda olan hərbi münaqişələrin qarşısını almağa çalışır.Gürcüstan ərazi bütövlüyü məsələsini AB qəbul edib. Hələ ki Dağlıq Qarabağ məsələsində AB konsersium tapa bilməyib. Bu səbəbdən də Avropa Birliyi başa düşür ki, Dağlıq Qarabağ problemi həll olunmadan nə bölgənin təbii qaz ehtiyatlarından, neft yataqlarından qarşlıqlı faydalanma əsasında istifadə etmək xeyli çətin olacaqdır. Belə bir fikirlər səsləndirilir ki,ATƏT in Minslk Qrupu dalana dirənib və onun yeni formatda təşkilinə ehtiyac var. Minsk Qrupunun yeni formatda təşkilinə ehtiyac var. Son zamanlar AB də bu ideyanı dəstəkləyir və öz nümayədəsini Minsk Qrupuna göndərmək istəyir. Avropa Birliyi Qarabağ problemi ilə yaxından məşğul olmağı qarşısına məqsəd qoyub. Və bu prosesdə Rusiyanın inhisarçı rolunu qəbul etmək istəmir. Digər variant odur ki, Azərbaycanının haqlı etirazlarını nəzərə alınaraq Minsk Qrupunun üzvlüyündən Fransa çıxarılsın və Azərbaycanın təklifi yeni bir Avropa dövləti o qrupa daxil edilsin. Assosiativ üzvlük həm humanitar sahədə, ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində mühüm irəliləyişdir. Bunun əsas isə mənasını ərazi bütövlüyümüzün təmin edilməsinə yönəlmiş diplomatık səylərdə görürəm.
- İşğal olunmuş ərazilərimizdə qanunsuz yerləşdirilmə faktlarının araşdırılması məsələsi qətnamədə qeyd olunub. Sizcə bu proses nə vaxt başlayacaq?
-Ərazilərimizdə ermənilərin məskunlaşması prosesi çoxdan başlayıb. Laçın,Cəbrayıl və Ağdam rayonlarında bu məskunlaşma var. Ermənistan həyasızcasına təkcə Dağlıq Qarabağda deyil, eyni zamanda kənardakı torpaqlarımızda da məskunlaşma prosesini həyata keçirir. Azərbaycan bununla bağlı həm BMT -yə şikayətini faktlarla bildirmişdi. Eləcə də AŞ qarşısında da məsələni qaldırmışdı. AB isə özü bu məsələyə münasibəıt bildirməklə göstərdi ki, Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılıması prosesi baş tutmayacaq. AB ermənilərə mesaj göndərir ki perpektivsiz işdən əl çəkin və iki ölkə arasında münasibətlərə xələl gətirən addımları atmayın.
-Ermənistandan ərazilərimizdəki nizami ordunun çağırışçılarının göndərilməsinin dayandırılması tələb edilir. Ermənistan bu tələbi yerinə yetirəcəkmi?
-Ermənistan əvvəl vəd vermişdi ki, beş rayonu azad edəcək və bundan sonra ərazilərin minalardan təmizlənmə prosesi başlayacaq və daha sonra əhali bura köçürələcək. İndi isə ermənilər snayperlərin çıxarılmasına belə razılıq vermir. Nizami qoşunların ordan çıxarılması məsələsi isə mürəkkəb bir məsələdir. Məncə, qətnamədə belə bir müddəanın qeyd olunması kifayət qədər müsbət haldır. Tələb Ermənistan tərəfindən yerinə yetirilməzsə, nəticədə bu ölkəyə əlavə töhmətlər veriləcək. Beynəlxalq İctimaiyyət qarşısında işğalçı bir dövlət kimi tanınmasına yol açacaq. Bu proses gec -tez həyata keçirələcək. Əks təqdirdə isə Azərbaycan öz torpaqlarının azad etmək üçün istənilən varianta əl ata bilər. Bu da bölgədə gərginliyin yaranmasına gətirib çıxarar.
Ramilə