Qadınları infarkt edən Elşad

Qadınları infarkt edən Elşad

Hələ utanmaz-utanmaz deyir "bunu araşdırmaq lazımdı"

Bu gün Azərbaycanda bir ailəyə ağır itgi üz verdi. Sevinc Babayeva bir daha açmamaq üzrə gözlərini bu dünyaya əbədi olaraq İstanbulda yumdu. Min bir oyunla əldə etdiyi milyonlarla saxta yolla millət vəkili olmaq istəyən, qapısına möhür vurulan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Avropada məskunlaşan, Fransanın qoltuğu altına girən Elşad Abdullayev də Sevinc Babayeva ilə bağlı danışıb. Artıq qadınlara qarşı xaçlı yürüşə çıxan Elşad Abdullayevin bu açıqlaması doğurdan da yersiz oldu. Adama deyərlər "ulan sen manyakmısın". Həm bir ailənin ocağını söndürəcəksən, həm də qalxıb utanmaz-utanmaz danışacaqsan. Bir insanı evindən-eşiyindən etdin, sənə öz aləmində yaxşılıq edərək, saxta yolla olmuş olsa belə millət vəkili olmağına çalışan bir insanın ailəsinin başına evini uçurdun. Bu vicdan əzabı ilə gecələr necə yatacaqsan?

Mənim bildiyim qədəri ilə Sevinc Babayeva Elşad Abdullayevin saxta yolla millət vəkili olması ilə bağlı məsələdə ən az günahkarlardan biri. Bunu Elşad Abdullayevin yaydığı videolarda da görmək olar. Düşünün, Elşadın millət vəkili seçilə bilməməsindən sonra məhz ABU rektoru tərəfindən dəfələrlə  sıxışdırılan Sevinc Babayeva hətta Güllər Əhmədova tərəfindən belə gözdən çıxarılmışdı.

Bununla bağlı əldə etdiyimiz məlumata görə, bu hadisələrdən bir müddət əvvəl Gülər Əhmədova ilə Sevinc Babayeva barışıblar.  Bu gün artıq  Gülər Əhmədova bir qadının ölümünə ağlayırsa, vicdanı sızlayırsa, Elşad Abdullayev, sənin ucbatındandı. Bu qadınlara qarşı acımasız səlib yürüşünə görə Allah səni elə bir şəkildə cəzalandıracaq ki, inan heyrətlənəcəksən. Amma milli mentalitetdən sən çıxdın, dəyərləri heçə saydın və ancaq qadınlara gücün çatdı.  Sevinc Babayevanın ölümündə belə müəmma axtarmağa başlamısan. Bir insan sənin ucbatından infarkt olub, ürəyi dayanıb. Buna vicdanın necə yol verdi, bunu anlamaq mümkün deyil. Ən azından o bir qadındı, bir evdə bir övladın anası idi. İndi sən bir evi qaranlığa düçar etdin. Boyun ucaldımı, Fransada başın Eyfel Qülləsinə dəydimi?

Allah özü sənin günahlarından keçsin.

"Vətəninfo.az"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az