Xalq artisti İlhamə Quliyeva Zimbabvedə dünyaya gələn bir körpəni övladlığa götürmək qərarına gəlib. Publika.az xəbər verir ki, bu barədə o özü elektron KİV-də açıqlama verərək bir qaradərili körpəni övladlığa götürəcəyini deyib: “Belə qərara gəlmişəm ki, qaradərili qız övladını götürəcəm, böyüdəcəm. Savad verəcəm, toyunu da mən edəcəm. Bu möhtəşəm arzumu reallaşdıracam” .
Maraqlıdır, bəs qununvericilik İlhamə xanıma bu arzusunu reallaşdırmağa imkan verəcəkmi?
Publika.az bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ilə müraciət edib.
Komitədən İlhamə Quliyevanın bu arzusunun reallaşmasının mümkün olduğunu bildiriblər. Amma bu hal xüsusi olaraq araşdırılmalıdır: “Qanunvericiliyə görə, övladlığa uşaq götürən ana ilə uşaq arasında 16 yaş fərq olmalıdır. Əgər ana 60-70 yaşındadırsa, onun övladlığa uşaq götürməsi nə dərəcədə düzgündür? Tutaq ki, ananın 72 yaşı var. Bu, riskli yaş sayılır. Bu da vətəndaşın müraciəti zamanı araşdırılır və qərar qəbul olunur”.
Məsələ ondadır ki, İlhamə xanım ana olmaq üçün nəinki yaşlı, həm də subaydır. Maraqlıdır, nikahı olmayan bir qadın olaraq xalq artisti övladlığa uşaq götürə bilərmi?
Komitədən bildirdilər ki, qanunvericilik buna imkan verir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?