"Qanunlarımızın dili loru dildə olmamalıdır"-Deputat


"Bunu haradan tapıb gətirib bura daxil ediblər?” 

"Kobud ehtiyatsızlıq” nə deməkdir?”

Bunu Milli Məclisin Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında millət vəkili Rafael Cəbrayılov deyib.

Deputat qeyd edib ki, qanunvercilikdə "qəsdən” və "ehtiyatsızlıq” məfhumları var: "Qəsdən” məfhumu da iki mənada işlənilir. Amma "kobud ehtiyatsızlıq” nə deməkdir? Bunu haradan tapıb gətirib bura daxil ediblər?

Əgər qanunvericilikdə bu məfhum olacaqsa, onda "ehtiyatsızlıq”la "kobud ehtiyatsızlıq” da bir-birindən fərqləndirilməlidir. Ümumiyyətlə, loru dilin qanunvericilikdə nə işi var? Məsələn, elə "ağlabatan” sözünü götürək…

"Ağlabatan” hara, qanunvericilik hara? Hesab edirəm ki, qanunlarımızın dili loru dildə olmamalıdır, sırf qanun dilində olmalıdır”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az