“Qarabağ” Çempionlar Liqasının ilk oyununda qol vura bilmədi

“Qarabağ” Çempionlar Liqasının ilk oyununda qol vura bilmədi
İyulun 15-də Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları keçirilib. Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ” bu gün ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası doğma meydanda Monteneqro çempionu "Rudar”ı qəbul edib.
Tarixində ikinci dəfə Çempionlar Liqasında iştirak edən Ağdam təmsilçisi bu oyunda fərqlənə bilməyib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
"Qarabağ” növbəti mərhələyə çıxmaq üçün iyulun 22-də Monteneqroda keçiriləcək cavab matçında sərfəli nəticə qazanmalıdır.
Modern.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az