Qarabağ ermənilərindən azərbaycanlılara müraciət - "Övladlarımı ermənilərə etibar etmirəm, qoy lap öldürsünlər"-VİDEO
"Qoy lap öldürsünlər, mən ermənilərə etibar etmirəm" - Qarabağ ermənilərindən azərbaycanlılara müraciət
Sosial şəbəkədə Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycana müraciətini əks etdirən video yayılıb.
EDNews.net xəbər verir ki, Dağlıq Qarabağın erməni icmasının üzvləri separatçı rejim və onun tərəfdarlarının erməni icmasına qarşı sərgilədiyi münasibəti kəskin tənqid ediblər. Erməni ailəsi burada cinayətkar rejimin mövcud olduğuna diqqət çəkərək onlara qarşı edilən təzyiqlərlərdən şikayət ediblər.
"Mən artıq heç nədən qorxmuram. Qoy lap öldürsünlər. Bizə belə vətən lazım deyil! Əgər vətən mənimlə belə rəftar edirsə neynirəm o vətəni? İnsanlar danışmaqdan qorxur. Əgər danışsan, başqa yerə getsən, ertəsi gün səni aradan götürəcəklər. Bizdə olan "banda” kimisi dünyanın heç bir yerində yoxdur. Bu soyqırımdır. 21-ci əsr belə bir şey görməyib. Bütün dünyada ermənilərin öz həmvətənlərinə bu cür davranışı görünməmiş hadisədir. Biz Bakıya gələndə mən 6-cı sinifdə oxuyurdum. Valideynlərimlə Leytenant Şmidt küçəsində yaşayırdıq. Bizim üçün çox yaxşı idi. Ermənilər və azərbaycanlılar arasında ayrıseçkilik yox idi. Sülh şəraitində yaşayırdıq”.
"Mən azərbaycanlılarla birlikdə işləyirdim. Çoxlu dostlarım vardı. Mən övladlarımı ermənilərə etibar etmirəm. Hər şey daha pis olacaq. Onları azərbaycanlılara verərdim. Bilirəm ki, əgər ölsəm azərbaycanlılar uşaqlarıma sahib çıxacaq, ömür boyu onların qayğısına qalacaqlar. Ermənilər isə bunu etməyəcək”.
Miq.Az