“Qarabağ” növbəti mərhələyə çıxdı!

“Qarabağ” növbəti mərhələyə çıxdı!

Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci turu çəçivəsində Azərbaycanın "Qarabağ” komandası səfərdə cavab qarşılaşmasında Çernoqoriyanın "Rudar” klubunu minimal hesabla məğlub edərək növbəti mərhələyə çıxıb.

Vətəninfo.az Oxu.Az-a istinadla xəbər verir ki, oyunda yeganə qolu 56-cı dəqiqədə Reynaldo vurub.

Xatırladaq ki Bakıda keçirilən ilk oyun 0:0 hesablı bərabərliklə bitmişdir.

Beləliklə iki oyunun nəticəsinə görə "Qarabağ” növbəti mərhələyə adlayıb.

Burada Ağdam təmsilçisinin rəqibi Şotlandiyanın "Seltik” komandası olacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az