“Qarabağ” və “Qəbələ”nin rəqibləri bilindi

“Qarabağ” və “Qəbələ”nin rəqibləri bilindi
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Miq.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qrup mərhələsi üçün mübarizə aparan komandalarımız - "Qarabağ” və "Qəbələ”nin də rəqibləri bəlli olacaq.

"Qarabağ”ın səpələnmişlər, "Qəbələ”nin isə səpələnməmişlər qrupunda yer alıb.

***

Artıq "Qarabağ" və "Qəbələ"nin 6 potensial rəqibi bəlli olub. UEFA-nın saytı xəbər verir ki, potensial rəqibləri aşağıda adları qeyd olunanlardır:

"Qarabağ"ın potensial rəqibləri:

"Şkendiya" (Makedoniya)
"Başakşehir" (Türkiyə)
"Göteborq" (İsveç)
"Srvena Zvezda" (Serbiya)
"Sanderjuske" (Danimarka) 
"Hayduk" (Split, Xorvatiya) 


"Qəbələ"nin potensial rəqibləri:

"Anderlext" (Belçika)
"Vest Hem" (İngiltərə)
"Krasnodar" (Rusiya)
Maribor" (Sloveniya)
"Fənərbağça" (Türkiyə)
Panatinaikos" (Yunanıstan) 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az