Qarabağ xanlığının silahları tapıldı - Foto

Qarabağ xanlığının silahları tapıldı - Foto

Ağdam rayonunda 3 əsrdən çox yaşı olan qədim döyüş silahları tapılıb.

Report-un verdiyi məlumata görə, yerli sakinlər tərəfindən aşkar edilən qılınc, nizə və ox ucları rayon tarix diyarşünaslıq muzeyinə təhvil verilib.

Ağdam rayon Tarix Diyarşünaslıq Muzeyinin fond müdiri Xatirə Kərimova bildirib ki, Mahrızlı və Qaradağlı kənd sakinləri uzun illərdir evlərində saxladıqları qədim döyüş alətlərini muzeyə könüllü şəkildə təhvil veriblər. Hazırda həmin alətlər muzeydə eksponat kimi qorunub saxlanılır və nümayiş etdirilir.

Qədim döyüş silahları XVII-XVIII əsrə, Qarabağ xanlığı dövrünə aid olduğu ehtimal edilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az