Qarabağa böyük köç başlayır - FOTO

Qarabağa böyük köç başlayır - FOTO
Əhalinin rahat yaşaması üçün hər cür şərait yaradılır

Artıq Cocuq Mərcanlının sakinləri doğma kəndə qayıtmağa tələsirlər. Işğaldan əvvəl kənddə 400 ailə yaşayıb. Prezidentin Sərəncamı ilə bərpa işlərinə 4 milyon manat vəsait ayrılıb. Kənddə 50 ev və bir məktəb binası tikilir. İlkin olaraq kəndə 50 ailə köçürüləcək və təbii ki, proses sonra da davam edəcək.

Bunu İstiPress-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Arif Fərzəliyev bildirib. Onun sözlərinə görə, Cocuq Mərcanlıda sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılır.

Onun sözlərinə görə, artıq evlərin inşası yekunlaşmaq üzrədir. Əksər evlərdə suvaq işləri həyata keçirilir, divar və fasadlar üzlənir. Həmçinin tikilən evlərin ərazisi hasara alınır.
Cocuq Mərcanlıda yeni salınacaq qəsəbədə yaşamaq istəyənlərin sayı da kifayət qədərdir. Cəbrayıl sakinləri İcra hakimiyyətinə müraciət edərək könüllü olaraq orada yaşamaq istədiklərini bildiriblər:
"Hazırda kənddə yaşamaq üçün müraciət edənlərin sayı 200-dən çoxdur. Onlar arasında Cocuq Mərcanlı sakinləri ilə yanaşı qonşu Şaxırlı, Mehdili və digər kəndlərin sakinləri də var. Amma seçimlər aparılarkən Cocuq Mərcanlı sakinlərinə üstünlük veriləcək. Həmçinin siyahıya o sakinlər daxil ediləcək ki, hazırda onlar dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıblar, ictimai binalarda yaşayırlar. Onlar həm paytaxtda, həm də bölgələrdə yaşayanlar ola bilər."

Bundan başqa, İH rəsmisi bildirdi ki, sakinlərə 10 sot torpaq veriləcək ki, kənd təsərrüfatl işləri məşğul olsunlar. Yaxın aylarda Cocuq Mərcanlıya əhali köçürələcək.
Cocuq Mərcanlı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub.
 2016-cı ilin aprel ayında Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Bundan sonra kəndə nəzarət Azərbaycan tərəfinə keçib.
Ermənistan ordusunun kəndi işğal etməsi nəticəsində Cocuq Mərcanlıda 283 ev və təsərrüfat, o cümlədən kitabxana, məktəb, tibb və poçt məntəqəsi tamamilə dağılıb. Ötən ilin statistikasına əsasən indi Cocuq Mərcanlıda 1423 nəfər sakin qeydiyyatdadır. Onlar paytaxt Bakı ilə yanaşı Respublikanın 22 rayonunda məskunlaşıblar. Hazırda kənddə yalnız bir ailə yaşayır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az