"Qarabağda əsl ÖLÜM-DİRİM mübarizəsi başlayacaq"


"Ermənistanla lokal deyil, total müharibəyə hazırlaşmalıyıq".

 Miq.Az xəbər verir ki bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Elxan Şahinoğlu düşmənin hələ ağıllanmadığını bildirib: "Total müharibə yalnız Dağlıq Qarabağ və ətrafında cərəyan etməyəcək, müharibəni Ermənistanın daxilinə inikas etdirmək məcburiyyətində qalacağıq. Əlbəttə, bu zaman Naxçıvan üzərində də müəyyən təhlükə yaranacaq. Belə olarsa Naxçıvanın qarantörü kimi prosesə Türkiyə də qoşulmalı olacaq. 

Politoloqun sözlərinə görə, Rusiya Ermənistanı müdafiə etsə belə, bizə qarşı "İsgəndər” raketlərindən istifadə ediləcəksə, biz də bunu cavabsız qoymayacağıq, əsl ölüm-dirim mübarizəsi başlayacaq: "Bu andan başlayaraq Rusiya-Türkiyə yaxınlaşmasının da bir anlamı qalmayacaq. Əlbəttə, bu fəlakət ssenarisidir. Ancaq məgər Azərbaycanın torpaqlarının işğalının davamı fəlakət deyilmi? İşğal davam edir, işğalçı geri addım atmır, üstəgəl böyük dövlətlər işğalçıya deyil, işğala məruz qalana təzyiq edirlər".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az