Qarabağda hazırlanan Rusiya - NATO müharibəsi- Erməni politoloq

Qarabağda hazırlanan Rusiya - NATO müharibəsi- Erməni politoloq

Rusiya Cənubi  Qafqazda müharibə hazırlayır. Bu barədə erməni politoloq İqor Muradyan bu gün dərc etdirdiyi məqaləsində vurğulayıb.

Onun fikrincə, 2016-cı ilin 2 aprelində Qarabağda Azərbaycan və Ermənistan orduları arasında baş vermiş dördgünlük toqquşma buna hazırlıq ollub: «Rusiya Cənubi Qafqazı itirir və düşünür ki, döyüyş əməliyyatlarının başlanması üçün hansı addımları atsın. Aprel döyüşləri yalnız birbaşa iştirakçılar üçün deyil, həm də Rusiyanın özü üçün təcrübə oldu. Rusiya anladı ki, satqın roluna baxmayaraq Ermənistan hakimiyyəti Rusiyanın orbitində qalır».

İstiPress-in məlumatına görə, Yəni İqor Muradyan bu sözlərlə Trampın seçilməsindən sonra ABŞ-ın yeni rəhbərliyinin, o cümlədən NATO-nun regiona müdaxiləsinin artacağın da vurğulayıb: «Əlbəttə ki, məqsəd nə Ermənistan, nə də Azərbaycandır, əsas məqsəd NATO-nun bu regionda güclənməsinə yol verməməkdir… Əgər ABŞ-ın Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda  hərbi mövcudluğunu artırmaq planları baş tutarsa, deməli, regionda üçüncü qüvvə peyda olacaq».

Yəni İqor Muradyanın  fikrincə, Rusiya bu üçüncü qüvvəni Cənubi Qafqaza buraxmamaq üçün Qarabağ münaqişəsini hərbi yolla da olsa özü həll edəcək. Yəni tərəflər arasında sürətli müharibə olacaq və Rusiya müharibənin nəticələrini tanıyacaq.

İqor Muradyan ironik dillə Ermənistanın yeni təyin olunmuş müdafiə naziri Viqen Sarkisyanın heç bir təcrübəsinin olmamasını əsas gətirərək Ermənistanın təslimçi sülhə imza atacağını vurğulayıb: «Ermənistanın müdafiə naziri gizdi şəkildə Sovet İttifaqı Qəhrəmanı adını almış «feldmarşal rütbəli dahi erməni sərkərdəsi»  təyin edilib. Məhz bu sərkərdə də Ermənistanı növbəti müharibənin «fəxri təsliminə» aparacaq».

Azərbaycanın sabiq dövlət müşaviri Qabil Hüseynli İstiPress-ə müsahibəsində bu versiyanı ağla batan sayıb:

«Rusiya indiyə kimi etdiyi səhvlərini düzəltməlidir. Qafqazın lider dövlətini ataraq dünyada heç bir çəkisi olmayan Ermənistanı dəstəkləməsi yolverilməzdir.  Təbii ki, 2017-ci ildə NATO və ABŞ regiona girmək istəyəcək və Rusiya ilə qarşıdurma yaranacaq. Həmin qarşıdurmanı Rusiyanın uduzması qaçılmazdır. Buna görə Moskva Azərbaycana qarşı etdiyi səhvləri düzəldərək rəsmi Bakını öz tərəfinə çəkməyə çalışacaq».

Qeyd edək ki, ABŞ-ın nüfuzlu strateji beyin mərkəzlərindən biri 2017-ci ildə Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibə olacağı barədə proqnoz verib. İstiPress-in məlumatına görə, "Foreign Affairs”  jurnalını dərc edən  Beynəlxalq Münasibətlər üzrə Şura CFR-in himayəsi altında çalışan  "Centre for Preventive Action" (CPA) analitik mərkəzində  Pol Sterzin rəhbərliyi altında çalışan analitiklər qrupu  ABŞ üçün önəmli 30 beynəlxalq münaqişə üzrə məruzə hazırlanıb. Yəni qərb bu cür analitik mərkəzlərin dili ilə region ölkələrinə anons verir ki, müharibəyə hazır olun.  

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az