Zahid Oruc : “Kiminsə mülki və ya hərbi geyimdə libası onu şəhid adından məhrum eləmir”
QHT təmsilçilərinin və valideynlərin yaxud onların birliklərinin hərbi hissələrdə manitorinq keçirilməsi ilə bağlı yaradılacaq qruplarda yer almasına ehtiyac var. Bunu “Vətəninfo.az”a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Millət vəkili qeyd edib ki, hansısa hərbi hissələrə münasibətdə əgər vətəndaş reallığını itirməyibsə, sağlam ailə üzvünü hərbi hissəyə göndərirsə və xəstə alırsa, yaxud da tabutda qəbul edirsə bu onun həyatının ən böyük faciəsi və dramasıdır. “Bu dramı dövlət onunla bərabər qarşılamalıdır.İkincisi isə onun qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir. Ən ciddi mexanizmlərdən biri odur.Ailələrin vətəndaşların özünün bu prosesdə iştirakını təmin etmədən islahatların həyata keçirilməsi qeyri mümkündür”. Zahid Oruz Azərbaycanın zorən müharibəyə cəlb edilməsi və 20 ildən yuxarı davam edən münaqişə döveündə ordu mənsubları ilə bərabər cəbhə bölgəsində sivil insanların ölməsi məsələsinə də toxundu və düşmən gülləsindən ölən şəxslərə şəhid statusunun verilməsinin bir qədər çətin olduğunu da qeyd etdi. “ Məsələ ondadır ki, şəhid status haqqında qanunvericilikdə keçmişdə xüsusi maddələr nəzərdə tutulmuşdu. Sonrakı dövrlərdə isə doğrudan da bunun ümumi say nisbətinin artması , atəşkəs şəraitinin hələ də davam etməsi, itkilərimizin miqyasının hələ də çox olması və açıq söyləmək lazımdır ki, dövlətin maddı yükünün ağırlığı sui istifadələr öz özlüyündə dediyimiz nəticələrə gətirib çıxartdı. Kiminsə mülki və ya hərbi geyimdə libası onu şəhid adından məhrum eləmir.Faktiki olaraq o düşmən gülləsindən həyatını itirirsə, hətta dinc şəraitdə belə o şəhiddir ,Bu birmənalı olaraq belədir.Mən belə hesab edirəm ki bunlar əlbəttə ki, parlamentdə qaldırılmalıdır.Şəhidlik məsələsinin ali məqamını onun milli ruhu tərəfini qəbul edərək lakin paralel şəkildə bunun hüquqi müstəvisinin dəqiq cızılmasının tərəfindəyik. Əks halda belə çıxacaq ki, cəbhə bölgələrini qorumaq sadəcə hərbçinin işidir. Vətəndaş orda ölübsə həyatı itib gedibdir.Bu çox mənfi nəticədir.Ordu mülki insanlar olmadan arxa cəbhə ona söykənmədən heç vaxt torpaqları sona qədər qoruya bilmirlər.Dünyanın müharibə tarixi bunu sübut edir.Ona görə də sizin dediyiniz mövqeni birmənalı hesab edirəm və bu yöndə də təkliflərimizi parlamentdə səsləndirməyə hazırıq.