Qarabağda müharibə başlaya bilər – Beynəlxalq Böhran Qrupunun HESABATI

Qarabağda müharibə başlaya bilər – Beynəlxalq Böhran Qrupunun HESABATI
Keçmiş sovet respublikaları olan Azərbaycan və Ermənistan - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində müharibəyə hər zamankından daha yaxındır.
 
Trend-in məlumatına görə, bu, Beynəlxalq Böhran Qrupunun "Dağlıq Qarabağ münaqişəsi” adlı hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Azərbaycanın ərazisi olan, amma hazırda Ermənistanın nəzarətində qalan ərazilərdə son 3 il ərzində toqquşmalar artıb:
"2016-cı ilin aprel ayında qeydə alınmış eskalasiyadan bir il sonra Azərbaycan və Ermənistan 1994-cü ildə əldə olunmuş atəşkəs sazişindən bəri müharibəyə ən yaxın vəziyyətdədir. Zorakılıq səviyyəsi nisbətən aşağı olsa da, vəziyyət sürətlə nəzarətdən çıxa bilər”.
 
Müəlliflərin fikrincə, Dağlıq Qarabağ ətrafındakı müharibə regional qüvvələri, o cümlədən Rusiya və Türkiyəni proseslərə cəlb edə bilər.
 
Hesabatda qeyd olunur ki, Azərbaycan çoxillik status-kvodan narazıdır və əlavə təhlükəsizlik tədbirlərinin onu daha da möhkəmləndirəcəyindən narahatdır, ona görə də substantiv danışıqların təxirə salınmasının mümkün olmadığını vurğulayır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az