Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, Mnatsakanyan işdən çıxarıldı
Dağlıq Qarabağdakı qondarma rejimin administrasiyasının "aparat rəhbərinin müavini” David Babayan "müdafiə naziri” Levon Mnatsakanyanın, "təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın və "prezidentin müşaviri” Arşavir Qaramyanın istefası barədə xəbərləri nə təsdiq, nə təkzib edib. Virtualaz.org "Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, David Babayan "istefalar barədə rəsmi xəbərlərin olmadığı bir vaxtda əlavə gərginlik yaratmamağa” çağırıb. Amma belə istefaların olub-olmadığını dəqiqləşdirməyib. Bildirib ki, rəsmi məlumat olan kimi yayılacaq.
Levon Mnatsakanyan isə bildirib ki, onun özü istefa barədə raport yazmayıb. Mnatsakanyan istefası barədə yayılan xəbərlərin səbəbinin ona aydın olmadığını deyib. Eyni zamanda könüllü raport yazmadığı halda işdən əmrlə uzaqlaşdırıla biləcəyini də dəqiqləşdirməyib.
Miq.Az